Türkiyə Superliqasında XXIV turun mübarizəsi davam edir. Matc.az saytının məlumatına görə, bu gün daha 3 oyun keçirilib.

Liderdən uzaq düşən "Beşiktaş" Kayseri səfərində son dəqiqə qolu ilə 1 xala sevinib. Biabırçı mövsüm keçirən "Fənərbaxça" isə "Çaykur Rizəspor" önündə əzmkar qələbə qazanıb.

Ümumilikdə məhsuldar gün alınıb. Belə ki, 3 qarşılaşmada qapılara 14 qol vurulub.

 

Türkiyə Superliqası

XXIV tur

"Bursaspor" - "Sivasspor" - 3:2

Şehu, 19; Sayve, 62; Aytac Kara, 90+5 - Əmrə Kılıç, 6; Ndinqa, 89

"Kayserispor" - "Beşiktaş" - 2:2

Kravets, 57; Dəniz Turuc, 62 - Hatçinson, 37; Caner Erkin, 90

"Fənərbaxça" - "Çaykur Rizəspor" - 3:2

Sərdar Aziz, 22; Soldado, 40; Mozes, 84 (pen.) - Hasan Ali, 4 (avtoqol); Melnyak, 55

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest