12 Dekabr 2022, 16:18
                
                
                
                                MPL 
                                
                
               
              
				  
 
	Premyer Liqanın 17-ci turunda keçiriləcək "Qarabağ" - "Qəbələ" qarşılaşmasının biletləri sabah - oyun günü saat 11:00-dan etibarən satışa çıxarılacaq. Matc.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
	Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
	Biletləri həm @iticket.az, həm də "Azersun Arena"nın kassasından almaq mümkündür.
	Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
	Xatırladaq ki, dekabrın 13-də "Azersun Arena"da baş tutacaq "Qarabağ" – "Qəbələ" oyununa saat 19:00-da start veriləcək.
				
         	
                                             
               
 
             
 




_1761913751.jpg)




_1761908608.jpg)


_1761905491.jpg)


