"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turunun "Qəbələ" (1:0) ilə oyunundan sonra açıqlama verib. Matc.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
 
"Tanınmış jurnalistimiz Elvin Rüstəmov dünyasını dəyişib. Allah rəhmət eləsin! Yaxınlarına başsağlığı verirəm. Təəssüf ki, bu yaşda belə hadisə verdi. 
 
Nəticə bizim üçün çox önəmli idi. Sonlara doğru komandada psixoloji gərginlik var idi. ümumilikdə komandam çox yaxşı mübarizə apardı. Qələbə qazanmaq üçün çox yaxşı çıxış etdilər. Son günlər yaxşı formada olan komandaya qarşı mübarizə apardıq. çox vacib 3 xal qazandıq. Komandamı təbrik edirəm. Əfsuslar olsun ki, atmosfer o qədər də yaxşı deyildi. Azarkeşlərin sayı çox az idi. Bu, bizim işimizdir. Maksimum məsuliyyətli olmalıyıq.
 
Ola bilsin ki, komandada yorğunluq var idi. Motivasiya bir o qədər yox idi. Avrokuboklarda çox azarkeş qarşısında oynayırıq. Bu gün onların sayı az idi. Futbolçuları motivasiya edən onlardır. Bütün hallarda vəziyyəti daha da yaxşılaşdırmalıyıq. Hər oyun bizim üçün çox vacibdir. 
 
Qış fasiləsində komandanın gücləndirilməsi istiqamətində işlər gedir. Bir neçə futbolçunu komandaya dəvət etmək fikrimiz var.
 
4 komandadan 2-si finala vəsiqə qazanacaq. Hansı güclüdürsə, o da finala adını yazdıracaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest