Misli Premyer Liqasında XVII turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə "Kəpəz" doğma meydanda "Sabah"la qarşılaşıb. Dörd qolun və bir qırmızı vərəqənin qeydə alındığı bu gərgin qarşılaşmada qalib müəyyənləşməyib. Nəticədə lider "Qarabağ"ın əsas izləyicisi növbəti xal itkisi ilə üzləşib.

Günün digər matçında isə "Sumqayıt"la "Səbail" komandaları üz-üzə gəlib. Bu oyunda isə meydan sahibləri inamlı qələbəyə seviniblər. Bu, ötən tura qədər qələbəyə həsrət olan sumqayıtlıların ardıcıl ikinci qələbəsidir.

Xatırladaq ki, ilk oyun günündə "Qarabağ" "Qəbələ"yə 1:0 qalib gəlibsə, "Şamaxı" - "Zirə" matçında hesab açılmayıb. Tura sabah keçiriləcək "Turan Tovuz" - "Neftçi" oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XVII tur
14 dekabr

"Kəpəz" – "Sabah" 2:2
Qol: A.Şuaybu, 35; 73 - C.L.Mikels, 34. A.Kaşuk, 88.
Qırmızı vərəqə: C.Nuriyev, 90+1.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov.
Gəncə şəhər stadionu, 14:00.

Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 20. Mahir Həsənov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 5. Peyman Keşavarzi, 24. Mixeil Erqemlidze.
Baş məşqçi: Tərlan Əhmədov.
Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustəm Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.

"Sumqayıt" – "Səbail" 2:0
Qol: S.Pereyra, 9. V.İsgəndərli, 54.
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə.
"Sumqayıt Arena", 19:00.

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 30. Filipe çabi, 5. Stiven Pereyra, 43. Riçard Qadze, 12. Todor Todoroski.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç.
Baş məşqçi: Samir Abasov.
Səbail: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 23. Qustavo de Fransa, 4. Maksim çex.
Baş məşqçi: Mahmud Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest