26 Dekabr 2022, 12:20
                
                
                
                                MPL 
                                
                
               
              
				  
 
	Avropada milli çempionatların iştirakçıları arasında ən az qol buraxan komandaların siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, siyahıda Azərbaycan çempionu "Qarabağ" da yer alıb.
	Ağdam klubu sıralamada ilk "10-luğ"a düşüb. Qurban Qurbanovun çalışdırdığı koollektiv cari mövsümdə milli çempionatların geridə qalan hissəsində ən yaxşı müdafiə olunan 9-cu klubdur.
	Siyahı komandaların orta hesabla neçə dəqiqədən bir top buraxmalarına əsasən hazırlanıb. Qurban Qurbanovun yetirmələri Premyer Liqanın ilk yarısında qapısında cəmi 8 qol görüb. Bu o deməkdir ki, ağdamlılar 202 dəqiqədən bir rəqiblərə qol sevinci yaşamaq imkanı verir.
	Cədvələ 3 komanda başçılıq edir. İspaniya "Barselona"sı, həmçinin, Yunanıstan klubları "Panatinaikos"la AEK eyni göstəriciyə imza atıblar. Adıçəkilən komandaların hər biri ilk 14 matçda cəmi 5 dəfə mərkəzə dəvət olunublar.
	1. "Barselona" (İspaniya) – 14 oyuna 5 qol - 252 dəqiqədən bir 1 qol
	2. "Panatinaikos" (Yunanıstan) - 14 oyuna 5 qol - 252
	3. AEK (Yunanıstan) - 14 oyuna 5 qol - 252
	4. "Srvena Zvezda" (Serbiya) – 19 oyuna 7 qol - 244
	5. APOEL (Kipr) – 16 oyuna 6 qol - 240
	6. TNS (Uels) – 16 oyuna 6 qol - 240
	7. "Makkabi" (Təl-Əviv, İsrail) – 15 oyuna 6 qol - 225
	8. "Zenit" (Rusiya) – 17 oyuna 7 qol - 218
	9. "Qarabağ" (Azərbaycan) – 18 oyuna 8 qol - 202
	10. "Yuventus" (İtaliya) – 15 oyuna 7 qol - 193
				
         	
                                             
               
 
             
 















