27 Yanvar 2023, 15:24
FUTBOL
Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubu Zaqreb “Dinamo”sunda məşqlərə başlayıb. Matc.az xəbər verir ki, bunu Xorvatiya təmsilçisinin baş məşqçisi Ante Çaçiç açıqlayıb.
O bildirib ki, belindəki zədəsini sağaldan 25 yaşlı forvard kollektivlə birgə hazırlaşır və qarşıdakı oyunda iştirak edə biləcək.
Qeyd edək ki, “Dinamo” Xorvatiya çempionatının 19-cu turu çərçivəsində sabah “Lokomotiva” ilə qarşılaşacaq.
XƏYAL