Nüfuzlu "Guardian" nəşri 2022-ci ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib. Matc.az xəbər verir ki, Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi bu ada layiq görülüb.
 
2021-ci ildə sorğuda ikinci yeri tutan 35 yaşlı superulduz bu dəfə hamını qabaqlayıb. Onun PSJ-dəki komanda yoldaşı Kilian Mbappe ikinci yeri tutub. İlk "üçlüy"ü "Real"ın fransalı forvardı Kərim Benzema qapayıb.
 
Erlinq Haland ("Mançester Siti") 4-cü, Luka Modriç ("Real") 5-ci olub. İlk "10-luğ"un digər "sakinləri" müvafiq olaraq Kevin de Bruyne ("Mançester Siti"), Robert Levandovski ("Barselona"), Vinisius Junior, Tibo Kurtua (hər ikisi "Real") və Məhəmməd Salahdı ("Liverpul").
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest