"Qarabağ"ın yeni transferi Yassin Benzya Ağdam klubuna transferi ilə bağlı təəssüratlarını bölüşüb. Matc.az xəbər verir ki, əlcəzairli hücumameyilli yarımmüdafiəçi sosial şəbəkə hesabındakı paylaşımında bunları qeyd edib:
 
"Qarabağ" kimi böyük komandaya qoşulduğum üçün çox xoşbəxtəm. Oynamağa başlamaq üçün səbirsizlənirəm".
 
Xatırladaq ki, Fransanın "Dijon" klubundan transfer edilən 29 yaşlı vingerlə 2025-cı il iyunun 30-dək müqavilə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest