Bu gün Misli Premyer Liqasında XX tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında "Sumqayıt" doğma meydanda "Turan Tovuz"la üz-üzə gəlib. üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbə qazanıblar.

Bu turun "Qarabağ" – "Şamaxı" və "Səbail" – "Kəpəz" matçları sabah, "Qəbələ" – "Sabah" və "Neftçi" – "Zirə" görüşləri isə fevralın 1-də keçiriləcək.

Misli Premyer Liqası
XX tur
30 yanvar

"Sumqayıt" – "Turan Tovuz" 2:1
Qol: T.Todoroski, 28. K.Abubakar, 48 - R.Eva, 39.
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı.
Sumqayıt. "Kapital Bank Arena", 18:00.

Sumqayıt: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 9. Kərim Abubakar, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə.
Baş məşqçi: Samir Abasov.
Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 19. Runi Eva.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 9. Belaydi Pusi, 23. Okebuqvu Henri, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest