Premyer Liqanın 20-ci turu çərçivəsində fevralın 1-də saat 17:30-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Zirə" matçının biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edən biletləri "iTicket.az"ın satış məntəqələrindən, həmçinin aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
 
https://iticket.az/events/other/neftci-pfk-zire-fk23/85266
 
"Bakcell Arena"nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest