Premyer Liqanın 20-ci turunda keçiriləcək "Qarabağ" – "Şamaxı" qarşılaşmasının biletləri sabah satışa çıxarılacaq. Matc.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
 
Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
 
Biletləri həm @iticket.az, həm də "Azersun Arena"nın kassasından almaq mümkündür.
 
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
 
Sabah baş tutacaq "Qarabağ" – "Şamaxı" matçına saat 16:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest