"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 21-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
"Oyun asan olmadı. Gəncədəki oyunlar həmişə gərgin şəraitdə keçib. Təəssüflər olsun ki, oyunumuzu yaxşılaşdıra bilmirik. Görüşün sürətini, dinamikasını normallaşdırmaq üçün şərait də yaxşı olmalıdır. Qış fasiləsindən sonra ilk matçımızı saat 14:00-da süni örtüklü stadionda keçirmişik. Ondan sonra saat 16:00-da, bu gün isə yenidən 14:00-da oynadıq. Belə şəraitdə futbolçulardan tam istədiyimiz performansı gözləyə bilmərəm. Rəqib bir xala layiq idi. Onları təbrik edirəm. Tərlan Əhmədova uğurlar arzulayıram.
 
Qarşıda bizi ağır qrafik gözləyir. Amma ilk dəfə belə halla rastlaşmırıq. çatışmazlıqlar var. Qarşıdakı günlərdə matçlara daha yaxşı hazırlaşmağa çalışacağıq. Başqa çıxış yolumuz yoxdur. Əlimizdə olan futbolçuların bərpasını tezləşdirməliyik. Oyundan-oyuna komandanı qarşılaşmalara daha yaxşı kökləmək istəyirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest