"Turan Tovuz"un baş məşqçisi Ayxan Ababsov Premyer Liqanın 21-ci turu çərçivəsində "Şamaxı"ya qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib

"Turan Tovuz"un baş məşqçisi Ayxan Ababsov Premyer Liqanın 21-ci turu çərçivəsində "Şamaxı"ya qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Mühüm qələbə qazandıq. çünki, çətin səfərdəydik. "Şamaxı" evdə yaxşı və əzmkar oynayır. Bilirdik ki, burada hər komanda qalib gələ, xal apara bilmir. Son oyunlarımızda bir az şanssızlıq olurdu. Halbuki xallar qazana bilərdik. Hansısa dəqiqələrdə səhvlər məğlubiyyətimizə səbəb olurdu. Bu gün daha diqqətli və etibarlı oynadıq. çünki biz də, "Şamaxı" da uduzmaq istəmirdi. Futbolçularımı, azarkeşlərimizi təbrik edirəm. Bizi tək qoymamışdılar. Mühüm üç xal idi. çünki, "Şamaxı" ilə xal fərqi çox yaxın idi. çətinliklərimiz də var idi, cəzalı və zədəlilər var. Futbolçularımdan razıyam. Hansı komanda qol vursaydı, qalib gələcəkdi. Şükürlər olsun ki, biz qol vurub, qalib gəldik.
 
"Şamaxı"nı analiz etmişdik. Bilirdik ki, rəqib çox sıx müdafiə olunur və sürətli hücumlara çıxır. Top itkisindən sonra futbolçularımızın davranışı önəmli idi. Müdafiəni yarmaq da çətin idi. Oyun da elə başladı ki, fikirləşdiyimiz göründü. Səbrli olmaq önəmli idi. çünki oyunlar var ki, səbr etməlisən. Matçın tempi onu tələb edir. Bəhrəsini də gördük.
 
"Şamaxı" evdə heç kimə rahat uduzmayıb. Bəlkə də heç kəs gözləmirdi, amma bu il yaxşı futbol göstərirlər. Yerlilərdir hamısı. çox futbolçu burada üzə çıxdı. İddialı komandalar da "Şamaxı" səfərində əziyyət çəkiblər, qalib gələ bilməyiblər. Bu mənada, bizim buradakı qələbələrimiz bizi sevindirir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest