"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 21-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Oyunun hər iki komanda üçün çətin keçəcəyi öncədən məlum idi. Təəssüf ki, bu oyunla bağlı planlarımız pozuldu. Qarın belə yağması təsirsiz ötüşmədi. Bu oyuna qədər cəmi bir məşq etmişik. Uduzsaq da, futbolçularımız əzmkarlıq göstərdilər. Qol vurmasaq, qol buraxıb əvəzini çıxmağın çətin olacağını anlayırdıq. çünki rəqib kompakt müdafiə olunur. "Turan Tovuz"u təbrik edirəm və gələcək oyunlarda onlara uğurlar arzulayıram.
 
Oyun gözlədiyimiz kimi oldu. Bilirdik ki, standart vəziyyətlərdə çox təhlükəlidirlər. Ondan da yararlandılar. Sırf bu oyunda bəxtsizliklə üzləşdiyimizi düşünürəm. Məncə, heç-heçə olsaydı, daha ədalətli olardı. Dediyim kimi, hazırlıq prosesimiz istədiyimiz kimi keçmədi. çünki zalda məşq keçmişdik. Böyük meydança ilə zalın fərqi var. Ona görə oyunumuz alınmadı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest