"Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilov komandasının hazırlığını dəyərləndirib. Matc.az xəbər verir ki, millimizin üzvü "Neftçi TV"yə açıqlamasında son durumla bağlı məlumat verib

"Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilov komandasının hazırlığını dəyərləndirib. Matc.az xəbər verir ki, millimizin üzvü "Neftçi TV"yə açıqlamasında son durumla bağlı məlumat verib:
 
"Hazırlıq yaxşı gedir, hər şey öz qaydasındadı. Yüz faizlik formamı bərpa etmək üçün daha çox oynamalı, məşqlərdə iştirak etməli və artırmalıyam. Yavaş-yavaş formamı bərpa etdiyimi hiss edirəm. ümumiyyətlə, komanda bir oyunçudan asılı olmalı deyil. Kollektiv mübarizə sayəsində növbəti görüşlərdə də uğurlu nəticələr qazanmaq istəyirik".
 
Qeyd edək ki, "Neftçi" martın 12-də Premyer Liqanın 26-cı turu çərçivəsində "Şamaxı"nın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest