Uğurlu mövsüm keçirməyən "Neftçi" yayda heyətində ciddi dəyişikliklərə əl atacaq. Matc.az saytının əldə etdiyi məlumata görə, "ağ-qaralar"ı tərk edəcək futbolçulardan biri artıq müəyyənləşib.
 
Müdafiəçi ömər Buludovun mövsümün sonunda komandasını dəyişməsi gözlənilir. Buna səbəb 25 yaşlı cinah müdafiəçisinin əsas heyətə düşə bilməməsidi. Buludov baş məşqçi Laurentsiu Regekampfın gələcək planlarına daxil deyil.
 
Müdafiəçi artıq iki klubun maraq dairəsinə düşüb. Belə ki, "Şamaxı" və "Kəpəz" onu heyətinə cəlb etmək niyyətindədi.
 
Qeyd edək ki, ömər Buludovun "Neftçi" ilə müqaviləsi gələn ilin yayına qədərdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest