"Səbail"in hücumçusu Ağabala Ramazanov Premyer Liqanın 28-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb.

"Səbail"in hücumçusu Ağabala Ramazanov Premyer Liqanın 28-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
"ölkə çempionatında milli komandaların oyunları ilə əlaqədar olaraq fasilə yaranmışdı. Biz də bu fasilədən istifadə edərərək çatışmayan cəhətlərimizin üzərində çalışdıq. "Kəpəz"lə oyundan öncə məşqlərimizə yüksək əhvali-ruhiyyə ilə davam edirik. Bizi qarşıda çətin səfər oyunu gözlədiyini bilirik. Amma Gəncəyə qələbə qazanmaq üçün gedirik. Mən və komanda yoldaşlarım buna inanırıq".
 
Aprelin 1-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" – "Səbail" oyununa saat 15:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest