Yayda bir neçə ulduz futbolçu transfer etməyi planlaşdıran "Real" bunun üçün bəzi oyunçularını satmaq niyyətindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qara siyahı"da olan oyunçulardan biri də Hames Rodrigesdi.

Madridlilərin prezidenti Florentino Peres hazırda icarə əsasında "Bavariya"nın heyətində çıxış edən yarımmüdafiəçini satmaq qərarına gəlib. Münhenlilər onu 2017-ci ildə 2 mövsümlük icarəyə götürmüşdü. Bu, almanlara 6,5 milyon avroya başa gəlmişdi. üstəlik, "Bavariya" Kolumbiya millisinin üzvünü 42 milyon avro müqabilində birdəfəlik transfer etmək hüququna malikdi. Almanlar əgər onu almaq istəməsələr, "Real" oyunçusunu 60 milyon avro dəyərində transferə çıxaracaq.

Qeyd edək ki, "Bavariya" Hames Rodrigesin transferi ilə bağlı qərarını iyunun 15-dək "Real"a bildirməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest