İngiltərənin IV liqa təmsilçilərindən "Oldhem Atletik"in baş məşqçisi Pol Skoulz postunda çox qalmayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, yeni komandasında cəmi 1 ay qala bilib.

Əvvəllər "Mançester Yunayed"in U-23 və əsas komandasında məşqçi kimi çalışmış 44 yaşlı mütəxəssis aşağı liqa klubu ilə rəsmən yollarını ayırıb. Halbuki o, ötən ayın 11-də "Oldhem Atletik"lə 1,5 illik müqavilə imzalamışdı. Baş məşqçi kimi ilk sınağı 31 gün çəkən Skoulzun rəhbərliyi altında 7 oyuna çıxan komanda cəmi 1 qələbəyə sevinə bilib.

Qeyd edək ki, "Mançester Yunayted"in əfsanəvi futbolçusu hesab edilən Pol Skoulz "qırmızı şeytanlar"ın heyətində 718 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest