Dortmund "Borussiya"sı 5 futbolçu ilə yollarını ayırdığını açıqlayıb. Matc.az xəbər verir ki, həmin oyunçuların müqaviləsi mövsümün sonunda başa çatır.
 
Bunlar müdafiəçilər Rafael Gerrero, Feliks Passlak, yarımmüdafiəçi Mahmud Daud, hücumçu Antoni Modest və qapıçı Luka Unbehaundu. Kapitan Marko Roys onlara vida hədiyyələri təqdim edib.
 
Ayrılanlardan yalnız Passlakın yeni komandası məlumdu. O, yeni mövsümdən "Boxum"da çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest