"Matçlardakı nəticədən asılı olmayaraq, hər həftə iştirak üçün 1000 rubl alırdım. Bu da oradakı yeganə qazancım olub"

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiya mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, 29 yaşlı qolkiper gənclik illərində LFL-də çıxış etdiyini söyləyib.
 
Maraqlıdı ki, o, yeganə qazancını da həmin vaxt əldə etdiyini bildirib
 
"Rusiyada heç vaxt maaş almamışam. 18 yaşımda uşaqlar məni LFL-də oynamağa dəvət etdilər. Matçlardakı nəticədən asılı olmayaraq, hər həftə iştirak üçün 1000 rubl alırdım. Bu da oradakı yeganə qazancım olub".
 
Məhəmmədəliyev əlavə edib ki, həmin tipli yarışdan Azərbaycanda təşkil olunsa, iştirak edər: "Qapıçının inkişafı üçün yaxşı turnirdi. çünki qapıya zərbələr çox olur. Azərbaycanda belə səviyyədə turnir olsa və klubum ora qatılmağıma icazə versə, məmnuniyyətlə iştirak edərəm".
 
Moskva "Torpedo"sunun və "Anji"nin U-19 komandalarında çıxış etmiş qapıçı LFL-dəki bir oyun zamanı ayağının sındığını əlavə edib: "O dövrdə yaxşı formada idim. Sonra ayağım çox pis sındı, sağalma prosesi gec getdi. Nəticədə dörd ay gipsdə qaldım. Hətta instituta da çəliklə
 gedirdim".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest