UEFA Konfrans Liqasının qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, 2022-23 mövsümünün qalibi İngiltərənin "Vest Hem" klubu olub. 

çexiyanın paytaxtı Praqadakı "Fortuna Arena"da baş tutan final görüşündə fasiləyədək qapılara qol vurulmayıb. İkinci hissəyə daha yaxşı başlayan ingilislər 62-ci dəqiqədə hesabı açsalar da, onların sevinci çox çəkməyib. Cəmi 5 dəqiqə sonra "Fiorentina" tarazlığı bərpa edib.

Amma son dəqiqələrdə daha bir qol vuran "Vest Hem" tarixində üçüncü dəfə beynəlxalq arenada titula sahib çıxıb. London təmsilçisi 1964-65 mövsümündə Kuboklar Kubokunu, 1999-cu ildə isə İntertoto Kubokunu qazanmışdı.

UEFA Konfrans Liqası
Final
7 iyun

 
"Fiorentina" (İtaliya) – "Vest Hem" (İngiltərə) - 1:2
Qollar:  Bonaventura, 67 -  Benrahma, 62; Bouen, 90
Praqa, "Fortuna Arena". Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
 
"Fiorentina": 1. Pyetro Terraççano, 2. Dodo, 3. Kristiano Biragi, 4. Nikola Milenkoviç, 5. Cakomo Bonaventura, 7. Luka Yoviç, 16. Luka Ranyeri, 22. Nikolas Qonsales, 34. Sofyan Amrabat, 38. Rolando Mandraqora, 99. Kristian Kouame
Baş məşqçi: Vinçentso İtaliano
 
"Vest Hem": 13. Alfons Areola, 4. Kurt Zuma, 5. Vladimir Tsoufal, 9. Maykl Antonio, 11. Lukas Paketa, 20. Carrod Bouen, 22. Səid Benrahma, 27. Nayef Aquerd, 28. Tomaş Souçek, 33. Emerson, 41. Deklan Rays
Baş məşqçi: Devid Moyes
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest