17 İyun 2023, 15:35
DÖYÜŞ NÖVLƏRİ
Böyük Dəbilqə dünən start götürüb. İlk gündə Azərbaycanın 8 cüdoçusundan yalnız Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazana bilib. Turnir sabah başa çatacaq.
Qazaxıstanın paytaxtı Astanada keçirilən Böyük Dəbilqə turnirinin ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz yekunlaşıb. Matc.az xəbər verir ki, tatamiyə çıxan 4 idmançımızın heç biri medalçılar sırasına düşə bilməyib.
Yalnız 81 kq çəkidə Zelim Tçkayev buna yaxın olub. O, 1/4 finala qədər irəliləməsinə baxmayaraq, həm bu raundda, həm də təsəlliverici görüşdə məğlub olub. Bu çəkidəki digər cüdoçumuz Məhərrəm İmamverdiyev, eləcə də 73 kq çəkidə mübarizə aparan Telman Vəliyev və Rəşid Məmmədəliyev yarışla erkən vidalaşıb.
Qeyd edək ki, Böyük Dəbilqə dünən start götürüb. İlk gündə Azərbaycanın 8 cüdoçusundan yalnız Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazana bilib. Turnir sabah başa çatacaq.