İngiltərə Premyer Liqası tarixinin ən yaxşı əcnəbi qapıçısı və müdafiəçisi bəlli olub. Matc.az BBC-yə istinadən xəbər verir ki, azarkeşlər arasında amplua üzrə ən yaxşılar seçilib.

Danimarka millisinin və "Mançester Yunayted"in əfsanəvi qapıçısı Peter Şmeyxel öz mövqeyinin ən yaxşısı seçilib. "çelsi" və "Arsenal"da oynamış çexiyalı Petr çex ikinci, "Mançester Yunayted"in hazırkı ispan qolkiperi David De Xea üçüncü yeri tutub.

"Mançester Siti"nin belçikalı futbolçusu Vensan Kompani ən yaxşı mərkəz müdafiəçisi olub. "Mançester Yunayted"in formasını geyinmiş serbiyalı Nemanya Vidiçlə hollandiyalı Yap Stam isə müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Qeyd edək ki, bir gün əvvəl Premyer Liqa tarixinin ən yaxşı əcnəbisi "Arsenal"da çıxış etmiş Tyerri Anri seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest