"Yuventus"un hücumçusu Kriştianu Ronaldo sıradan çıxıb. Matc.az saytının məlumatına görə, 34 yaşlı forvard Portuqaliya millisinin heyətində Serbiya ilə görüşdə zədələnib.

Sağ ayaq əzələsi dartıldığı üçün 31-ci dəqiqədə əvəzlənən CR7-nin durumunun ciddi olmadığı bildirilib. O, 1-2 həftə "Yuventus"a kömək edə bilməyəcək. Futbolçunun A seriyasının qarşıdakı 3 turunu ("Empoli", "Kalyari", "Milan") buraxması gözlənilir. Ronaldonun hətta Çempionlar Liqasının 1/4 final mərhələsində "Ayaks"la ilk matçda iştirakı da sual altındadı.

Qeyd edək ki, "Ayaks"la "Yuventus" arasında ilk oyun aprelin 10-da Amsterdamda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest