Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yarışlar davam edir.

Matc.az xəbər verir ki, medalların sahibi tay-brekdə bəlli olacaq. Finalın ikinci görüşündə norveçli Maqnus Karlsen Hindistan şahmatçısı Rameşbaba Praqnanandxa ilə bərabərə qalıb. İlk oyunda da heç-heçə olduğundan Dünya Kubokunun qalibi sabah tay-brekdə bəlli olacaq.

üçüncü yer uğrunda ikinci dueldə isə Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub. İlk oyunda şahmatçımız qalib gəldiyindən ümumi hesab bərabərləşib. Sabah baş tutacaq tay-breykdə medalın sahibi bəlli olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest