Almaniya millisinin sabiq futbolçusu Mixael Ballak baş məşqçisi postuna ən real namizədini açıqlayıb. Matc.az xəbər verir ki, o, niderlandlı Lui van Qalın təyinatının tərəfdarıdı.
 
Ballakın fikrincə, van Qal milliyə uğurlar qazandıra bilər: "Məşqçi axtarışı ən yaxşıya yönəldilməlidi. Təcrübəli adam götürərdim, Lui van Qal isə müstəsna məşqçidi. Van Qalda, demək olar ki, lazım olan hər şey var. Düşünürəm ki, komandaya yeni impuls lazımdı. Van Qal da hörmətə, böyük təcrübəyə malik, məşqçiliyin bütün incəliklərini bilən insandı".
 
Qeyd edək ki, bir neçə gün əvvəl Hans-Diter Flik Almaniya millisinin baş məşqçisi postundan uzaqlaşdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest