UEFA-nın vitse-prezidenti Zbiqnev Boniek UEFA-nın Rusiya gənclərdən ibarət komandalarını beynəlxalq yarışlara qaytarmaq qərarını şərh edib.
Matc.az xəbər verir ki, daha əvvəl UEFA-nın Rusiyanın gənclərdən ibarət komandalarını turnirlərə qaytardığı açıqlanmışdı. Zboqnev bu qərara qarşı çıxıb. O, bununla bağlı açıqlama verib: "Son il yarımda fikrimi dəyişməmişəm. Rusiyaya yox deyirəm. Birincisi, Ukraynada hərbi əməliyyatlar bitməlidir. Yalnız bundan sonra Rusiya komandalarının geri qayıtması barədə danışmaq olar. Bunu UEFA İcraiyyə Komitəsinin iclasında açıq şəkildə bildirdim. Təbii ki, əleyhinə səs verdim. Amma təəssüf ki, komitə başqa cür qərar verdi".