"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının X turunun "Sabah"la oyunundan sonra (1:0) fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, öncə oyunla bağlı fikirlərini bölüşüb:
 
"Qələbəni azarkeşlərə həsr edirəm. ötən oyunda da ilk hissədə yaxşı oynamışdıq. Bunun üzərində dayanmışdım. Matçdan sonra futbolçular qızışmış vəziyyətdə idilər. Fikirləşirdim ki, 1-2 saat sonra yenə oynasaq, tam fərqli olardı. Uşaqlar çox məyus olmuşdular. Futbolçular özləri həftə ərzində hazırlaşdılar. Bizim bir əməyimiz yoxdur. Artıq bu ildən komanda olaraq bəzi şeyləri qırmağa başlamışıq. Keçən il qollar vurmurduq, bu il vururuq. Artıq 14 xalımız var. çempionluğa oynayan komandalarla matçlarda əziyyət çəkirdik. Gələn-gedən 4-5 dənə vururdu. İnanıram ki, yaxşı komanda olacağıq. Yığdığımız xallar qənaətbəxşdir. çempionatda möhkəm komandaya çevrilə bilərik".
 
- ötən oyunda da eyni senari idi. Lakin bu dəfə üstünlüyünüzü qoruyub qələbə qazandız. Fasilədə uşaqlara nə dediz?
 
- ötən oyunu xatırladıq. Bu gün hesab daha fərqli ola bilərdi. Qələbə üçün şadıq. Bu oyun bizim üçün dərs olmalıdır. Qoldan sonra arxaya çəkilirik. Bunu aradan qaldıra bilsək, yaxşı olacaq.
 
- Qapıçı mövqeyində dəyişiklik nə ilə bağlı idi?
 
- Rəqibin oyununa görə oldu. Mehdi standart vəziyyətlərdə daha yaxşıdır.
 
- Kasimir Ninqanın oyunu sizi qane etdi?
 
- Düşünürəm ki, hücumun mərkəzində daha faydalı idi. Bəzi məqamlarda yoruldu. çıxışı məni qane etdi.
 
- İlk dövrəyə baxanda komandanızın müdafiə planından razı qaldız?
 
- Müdafiə planı tək 4 oyunçudan asılı deyil. Bu söhbətləri xırdalasam, çox çəkəcək. Müdafiəni də komanda şəklində qurmaq lazımdır. 5 qol buraxmışıq və narazı olduğumu deyə bilmərəm. Fərdi səhvlər texnika ilə bağlıdır. Əsas olan komanda şəklində düzgün müdafiə olunmaqdır. Bir az vaxt lazımdır. Tək müdafiəçilərin üzərinə düşmək olmaz. 
 
- Karyeranızda ən coşğulu dəstəyi "Sumqayıt" azarkeşlərindən görmüsüz? "Neftçi"də fanatlarla aranız elə də yaxşı deyildi... 
 
- "Sumqayıt", "Neftçi" azarkeşlərindən böyük dəstək görmüşəm. Fanatların içində bəziləri ola bilər ki, məni sevməsin. Amma o demək deyil ki, "Neftçi" azarkeşlərini bəyənməmişəm. Sumqayıtda yaşayıram, bura mənə doğmadır. Bu komandada işləmək rahatdır. 
 
- "Neftçi"ni çempion etmişdiz. Yenidən iddialı komandadan olmaq istəməzsiniz?
 
- Olmaz, burada iddialı olaq? Əvvəli xatırlayın, bu tribunalarda azarkeş olmurdu, yavaş-yavaş artdılar. "Sumqayıt"la ikinci yerə qədər də qalxmışdıq.
 
- "Neftçi"nin oyununu necə dəyərləndirirsiz?
 
- Yenidən söhbət "Neftçi"yə gəldi. Möhtəşəm futbolçuları var. Hətta, "Qarabağ"dan daha yaxşı ola biləcək gücdədirlər. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest