Suliman bu gün Sumqayıta qayıdacaq. Onun reabilitasiyası klub həkimlərinin nəzarətində davam edəcək. Futbolçunun iki ay sonra məşqlərə qoşulması gözlənilir. Bu isə o deməkdi ki, müdafiəçi üçün 2023-cü il bitib.

"Sumqayıt" müdafiəçisi İsa Sulimanı itirib. Matc.az xəbər verir ki, pakistanlı müdafiəçi Türkiyədə əməliyyat olunub.
 
Azərbaycan Premyer Liqasının X turunda "Sabah"la görüşdə zədələnən 25 yaşlı arxa xətt oyunçusuna medial menisk yırtığı diaqnozu qoyulub. Ankaradakı "Acıbadem" xəstəxanasında tanınmış cərrah Prof.Dr. Mehmet Serdar Binnet tərəfindən aparılan əməliyyat uğurlu keçib.
 
Suliman bu gün Sumqayıta qayıdacaq. Onun reabilitasiyası klub həkimlərinin nəzarətində davam edəcək. Futbolçunun iki ay sonra məşqlərə qoşulması gözlənilir. Bu isə o deməkdi ki, müdafiəçi üçün 2023-cü il bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest