Azərbaycan Premyer Liqasında sabah XI tura start veriləcək. Matc.az saytının məlumatına görə, turun oyunları üç günü əhatə edəcək.
 
Açılış qarşılaşması Zirədə keçiriləcək. Eyniadlı komanda "Səbail"i qəbul edəcək. Şahin Diniyevin yetirmələri səfərdə qalib gələrsə, hazırda lider olan rəqibinə çatacaq. Həmin gün "Turan Tovuz" doğma arenasında "Kəpəz"i sınağa çəkəcək.
 
Turun mərkəzi oyunu oktyabrın 29-na təsadüf edəcək. "Neftçi" uğursuz mövsüm keçirən "Sabah"ı qəbul edəcək.
 
Son matçda isə "Araz-Naxçıvan" Tofiq Bəhramov adına Respublika stadionunda çempion "Qarabağ"la üz-üzə gələcək.
 
Premyer Liqa
XI tur
 
28 oktyabr
16:00. "Zirə" - "Səbail"
Zirə İdman Kompleksinin stadionu.
19:00. "Turan Tovuz" - "Kəpəz"
Tovuz şəhər stadionu.
 
29 oktyabr
16:00. "Sumqayıt" - "Qəbələ"
"Kapital Bank Arena".
18:30. "Neftçi" - "Sabah"
"Neftçi Arena".
 
30 oktyabr
19:00. "Araz-Naxçvan" - "Qarabağ"
Tofiq Bəhramov adına Respublika stadionu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest