Bu gün Azərbaycan Premyer Liqasında XII tura start verilib. Matc.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) yaydığı məlumata əsasən, bu tur "Zəfər Turu" elan edilib.
 
Buna səbəb 2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsinin 3-cü ildönümünün qeyd olunması ilə bağlıdır.
 
"Zəfər Turu"nun birinci oyun günündə 1 qarşılaşmanın keçirilməsi nəzərdə tutulub. Ötən tur qərb derbisi çərçivəsində "Kəpəz"i darmadağın edən "Tovuz" (0:4) bu dəfə səfərdə "Səbail"in qonağı olub. Gərgin keçən qarşılaşmaya qonaqlar daha fəal başlayıb. Heesabı açan tərəf də Tovuz təmsilçisi olub. Hesabda geri düşən ev sahibi komandası əzmkarlıq göstərərək rəqib qapısından 2 top keçirib və matçdan qalib ayrılıb.
 
 
 
Premyer Liqa
XII tur
3 noyabr (cümə)
 
19:00. "Səbail" - "Turan Tovuz" 2:1
Qol: Rüfət Abdullazadə, 47; Aleksandr Ramalinqom, 78 - Otto Con, 26
"ASCO Arena".
Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 3. Silven Deslandes, 44. Yadin Luqasi.

Baş məşqçi: Şahin Diniyev.

Turan Tovuz: 13. Aydın Bayramov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con.

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 57. Cavid Qasımov, 15. Emmanuel Hakman, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov.

Baş məşqçi: Ayxan Abbasov.

 
Turun digər oyunları:
 
4 noyabr (şənbə)
 
16:00. "Qarabağ" - "Kəpəz"
Tofiq Bəhramov adına Respublika Stadionu.
18:00. "Sumqayıt" - "Araz Naxçıvan"
"Kapital Bank Arena".
 
5 noyabr (bazar)
 
16:00. "Qəbələ" - "Neftçi"
Qəbələ şəhər stadionu.
18:30. "Sabah" - "Zirə"
"Bank Respublika Arena".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest