Azərbaycan Premyer Liqasında XII tur davam edir. Matc.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib. Günün ilk matçı - "Qarabağ"- "Kəpəz" qarşılaşması artıq start götürüb.
 
Ağdam təmsilçisi matçın 2-ci dəqiqəsində hesabı açıb. 12-ci dəqiqədə Leandro Andrade fərqi 2 topa yüksəldib. Yassin Benzianın dubli ilə hesab 3:0 olub. Adama Niane yenidən fərqi 2 topa endirib. Olavio Juninyo komandasının 4-cü qolunun müəllifi olub. Benzia 43-cü dəqiqədə het-trikə imza atıb. Leandro Andrade 51-ci dəqiqədə özünün 2-ci, komandasının isə 6-cı qolunu vurub. Oyuna yenicə daxil olan Nəriman Axundzadə də adını tabloya yazdırmağı bacarıb və hesab 7:1 olub. Beləliklə, Gəncə təmsilçisini darmadağın edən "köhlən atlar" cari mövsümün ən böyükhesablı qələbəsini rəsmiləşdirib. Öncədən 2023/24 mövsümünün ən böyükhesablı göstəricisi birinci dövrənin "Sabah" - "Qəbələ" matçında qeydə alınmışdı (5:0).
 
Ardından isə "Sumqayıt"la "Araz-Naxçıvan" birincilərin meydanında üz-üzə gəlib. Gərgin keçən görüşdən ev sahibi komandası qələbə ilə ayrılıb.
 
Qeyd edək ki, turun açılış matçında dünən "Səbail" "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib. Tura sabah baş tutacaq "Qəbələ" – "Neftçi" və "Sabah" – "Zirə" qarşılaşmaları ilə yekun vurulacaq.
 
Premyer Liqa
XII tur
4 noyabr
 
"Qarabağ" – "Kəpəz" - 7:1
Qollar: Yassin Benzia, 2, 16, 43; Leandro Andrade 12, 51; Juninyo, 37; Nəriman Axundzadə, 62 - Adama Niane, 19.
Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: Emin Əliyev.
 
"Qarabağ": 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
"Kəpəz": 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov (k), 11. Elnur Cəfərov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 26. Adama Niane, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 78. Yeqor Xvalko, 21. Martins Junior.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 96. İqor Rodriqes, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 9. Mate Kvirkviya, 24. Olavale Onanuqa.
Baş məşqçi: Azər Məmmədov.
 
 
“Sumqayıt” – “Araz-Naxçıvan” - 2:0
Qol: Rövlan Muradov, 15; Roi Kehat,  69
“Kapital Bank Arena”. Baş hakim: Elçin Məsiyev
 
"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 10. Kamran Aliev, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 18. Kristian Velinovski, 9. Erik Sorqa.
Baş məşqçi: Samir Abasov.
"Araz Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 42. Kadiri Mohammed, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest