Azərbaycan Premyer Liqasında XII turun oyunları davam edir. Matc.az xəbər verir ki, “Zəfər turu” adlandırılan turun üçüncü oyun günündə Qəbələdə eyniadlı komanda "Neftçi"ni qəbul edib. Oyun "ağ-qaralar"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb.
 
Turun son matçı Masazırda təşkil olunub. "Sabah" doğma meydanda "Zirə"ni sınağa çəkib. Gərgin keçən qarşılaşmada "Zirə" son dəqiqədə hesabı açaraq görüşdən qalib ayrılıb. 
 
Premyer Liqa
XII tur
5 noyabr (bazar)
 
"Qəbələ" – "Neftçi" 0:2
Qol: Dieqo Valdez, 60; Rəhman Hacıyev, 90+4.
Qəbələ şəhər stadionu. Baş hakim: Kamal Umudlu
 
"Qəbələ": 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.
"Neftçi": 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 22. Reziuan Mirzov , 4. Mark Tamaş, 6. Dieqo Valdez, 5. Kenni Sayef, 25. Aaron Olanare, 99. Ervin Koffi.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 16. Lukas Melano, 23. Ataa Caber, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
 
18:30. "Sabah" – "Zirə" 0:1
Qol: Rüstəm Əhmədzadə, 90+1
"Bank Respublika Arena". Baş hakim: Tural Qurbanov.
 
"Sabah": 1. Yusif İmanov, 77. Namik Ələskərov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 18. Davit Volkov, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 28. Kahim Parris.
Məşqçi: Artur Olenin.
"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 99. Nazim Həsənzadə, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 7. Filipe Paxtman, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest