"Kəpəz"in baş məşqçisi Azər Məmmədov istefa verib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
O, cari mövsümün əvvəlindən "Kəpəz"i çalışdırırdı. Onun rəhbərlik etdiyi komanda bu mövsüm Premyer Liqada 6 xalla sonuncu pillədə qərarlaşıb.
 
Klub gələcək karyerasında Azər Məmmədova uğurlar arzulayıb.
 
Xatırladaq ki, "sarı-göylər"də boş qalan baş məşqçi postuna "Səbail"in keçmiş çalışdırıcısı Mahmud Qurbanovun adı çəkilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest