"Brayton”un müdafiəçisi Coel Veltman Premyer Liqanın 13-cü turunun “Nottingem”lə oyunundan sonra gülməli vəziyyətə düşüb.

Matc.az xəbər verir ki, qonaqlar 3:2 hesabı ilə qalib ayrılıb. Final fitindən sonra sevinən Veltman komandanı dəstəkləməyə gələn azarkeşlərə minnətdarlıq əlaməti olaraq köynəyini tribunalara atıb. Futbolçu tamamilə unudub ki, o, futbolkasından GPS izləyicisini çıxarmayıb. Onun köməyi ilə klublar müxtəlif statistik göstəriciləri və meydanda oyunçuların hərəkətini izləyir. Futbolçu açıqlamasında deyib: “Qələbəni qeyd edəndə o qədər sevindim ki, köynəyimi azarkeşlərə atdım. Problem onda idi ki, mənim GPS izləyicim var idi. Ona görə də bir az əsəbiləşdim. Daha sonra izləyici istəmək üçün azarkeşlərin yanına qayıtdım. Lakin onlar qərara gəldilər ki, formamı geri istəyirəm və onlar getdilər. Mənə sadəcə GPS izləyicim lazım idi.”

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest