29 Noyabr 2023, 11:59
FUTBOL
ABŞ liqası MLS-də mövsümün ən yaxşı oyunçularından ibarət simvolik komanda təşkil edilib. "İnter Mayami"nin hücumçusu, son dünya çempionu Lionel Messi "11-liy"ə daxil edilməyib.
ABŞ liqası MLS-də mövsümün ən yaxşı oyunçularından ibarət simvolik komanda təşkil edilib. Matc.az xəbər verir ki, "İnter Mayami"nin hücumçusu, son dünya çempionu Lionel Messi "11-liy"ə daxil edilməyib.
Qapıçı: Roman Bürki ("Sent-Luis");
Müdafiəçilər: Mett Miazqa ("Çinçinnati"), Tim Parker ("Sent-Luis"), Uoker Zimmerman ("Neşvill");
Yarımmüdafiəçilər: Hani Muxtar ("Neşvill"), Hektor Herrera ("Houston Dinamo"), Tiaqo Almada ("Atlanta"), Lusiano Akosta ("Çinçinnati");
Hücumçular: Kuço ("Kolumbus"), Georges Cakomakis ("Atlanta"), Denis Buanqa ("Los Anceles").
Xatırladaq ki, Messi bu ilin yayında Mayami təmsilçisinə keçib. O, ABŞ klubunda 14 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.