Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda Premyer Liqanın XV turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.
 
“Turan Tovuz” və “Kəpəz”in hər biri 700 manat cərimə edilib. Buna səbəb tovuzluların 5 futbolçusunun “Sumqayıt”la qarşılaşmada, gəncəlilərin isə 4 üzvünün “Sabah”la görüşdə sarı vərəqə alması olub.
 
İK “Qarabağ”ı da cərimələyib. “Qəbələ” ilə oyun bitdikdən sonra meydançaya kənar şəxsin daxil olması ağdamlıları 800 manat ziyana salıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest