Azərbaycan Premyer Liqasında bu gün XVI turun daha iki oyunu olub. Matc.az xəbər verir ki, görüşlərdən biri bölgədə, biri isə paytaxtda keçirilib.

Günün ilk qarşılaşması Qəbələdə olub. Şəhərin eyniadlı komandası “Kəpəz”i qəbul edib. Bunu həm də autsayderlərin dueli kimi qələmə vermək olar. Gərgin keçən görüşdən qonaqlar 3:0 hesabı ilə qalib ayrılıb. 

Turnir cədvəlinin ikinci sırasında yer alan “Zirə” isə çempionatın sürpriz komandalarından “Araz-Naxçıvan”la üz-üzə gəlib. Lider “Qarabağ”la xal fərqi getdikcə artan bakılılar yaxın izləyicilərinin yaxınlaşmaması üçün bu dəfə qalib gəlməli idi. Görüş başladığı kimi 0:0 hesabı ilə yekunlaşıb. 

Turun ilk oyununda “Qarabağ” “Sumqayıt”a səfərdə 6:1 hesabı ilə qalib gəlib. “Sabah” – “Səbail” və “Neftçi” – “Turan Tovuz” matçları isə sabah keçiriləcək.

Premyer Liqa
XVI tur
9 dekabr (şənbə)
 
“Qəbələ” – “Kəpəz” 0:3
Qollar: Georgi Papunaşvili, 6; Adama Nyane, 70; Georgi Papunaşvili, 72
"Qəbələ": 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 7. Emil Səfərov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 72. Osama Xalayla, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.
"Kəpəz": 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 26. Adama Niane, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 21. Martins Junior.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 91. Latir Fal.
Baş məşqçi: Adil Şükürov.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev
Qəbələ şəhər stadionu, 15:00
 
 “Zirə” – “Araz-Naxçıvan” 0:0 
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu
"Zirə": 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim
Baş məşqçi: Rəşad Sadıqov

"Araz-Naxçıvan": 12. Kristian Avram, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 82. Vüsal Alızadə, 19. Aksel Nqando, 9. Elvis Maşike, 14. Miço Kuzmanoviç
Baş məşqçi: Azər Bağırov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest