Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Komandasına qələbə qazandıran qolu da Dadaşov vurub. 30-cu dəqiqədə rəqib qapısına yol tapan millimizin forvardı, 77-də sarı vərəqə ilə də cəzalanıb.

Dadaşovun komandası 33 oyundan sonra 45 xalla 6-cı pillədə qərarlaşıb.

Futbol üzrə Almaniya III Liqasında XXXIII turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" klubu da növbəti matçına çıxıb. Futbolçumuzun komandası səfərdə "1860 Münhen"lə qarşılaşıb. Münster klubu bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Komandasına qələbə qazandıran qolu da Dadaşov vurub. 30-cu dəqiqədə rəqib qapısına yol tapan millimizin forvardı, 77-də sarı vərəqə ilə də cəzalanıb.

Dadaşovun komandası 33 oyundan sonra 45 xalla 6-cı pillədə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest