Erik Dayer daha bir mövsümü “Bavariya”da keçirəcək. Matc.az xəbər verir ki, İngiltərə millisinin üzvü “Tottenhem”dən 4 milyon avro qarşılığında mövsümün sonuna qədər icarəyə götürülüb.

Münhen təmsilçisi 30 yaşlı cinah oyunçusu ilə müqavilənin 2025-ci ilə qədər uzadılması variantını aktivləşdirdiyini açıqlayıb. O, azad agent kimi elan olunacaq. Çünki Dayerin londonlularla sözləşməsi mövsümün sonuna qədərdi.

Qeyd edək ki, Erik Dayer bu mövsüm “Bavariya”nın heyətində 7 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest