“Birinci hissə bizim üçün olduqca ağır keçdi, gözlənilməz hadisələr çox baş verdi”. Matc.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXV turunda “Turan Tovuz”la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

“Birinci hissə bizim üçün olduqca ağır keçdi, gözlənilməz hadisələr çox baş verdi”. Matc.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXV turunda “Turan Tovuz”la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis 1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın ardından fikirlərini bölüşüb: “Əslində oyuna yaxşı başlamışdıq, rəqib üzərində təzyiq yaratmışdıq. Məqsəd İsayev zədələndi və bu müddətdə rəqib meydanda azlıqda qalmağımızdan istifadə elədi. Oyunu düzəltməyə çalışırdıq ki, Rafael Utziq də zədələndi. Meydana buraxmağa hücumameyilli oyunçu yox idi. Yenə mübarizəni davam etdirdik, bu dəfə qırmızı vərəqə oldu. Buna baxmayaraq, ikinci hissədə əzmkarlıq göstərərək, çox vacib 1 xal qazandıq. Azlıqda qalanda standart vəziyyət həmişə önəmli olur. Biz bu fürsətdən yaxşı istifadə etdik. Təbii ki, hər kəs qələbə qazanmaq istəyir. Ancaq birinci hissədə o qədər hadisə baş verdi ki, bu görüşdə bərabərlik də bizim üçün qızıla bərabər idi”.

- Qırılma nöqtəsi zədələr, yoxsa qırmızı vərəqə oldu?

- Hamısı önəmli məqam idi. Zədələrdən sonra hücumdakı kreativliyimiz aşağı düşdü. Qırmızı vərəqədən sonra rəqib də daha böyük həvəslə oynadı. Bu, onlara motivasiya oldu. Birinci hissənin son 10 dəqiqəsi bizim üçün çox ağır keçdi. Amma fasilədən sonra futbolçularımız daha inamlı idilər, uduzmamaq üçün hər şey etdilər. “Turan Tovuz” son dəqiqələrdə irəli atıldı. Ümumiyyətlə, Ayxan Abbasovun formalaşdırdığı komanda çox xoş sözlərə layiqdi. Matçdan əvvəl də onlara qarşı oyun qurmaq çətin idi. Çempionatın bu mərhələsində bərabərlik önəmli idi.

- Sezar Meza Kollinin transferini necə dəyərləndirirsiniz?

- Onun ən azı yanvardan komandada olmasını istərdim. Biz daha çox hücumçu gətirmək istəyirdik, transferə bir limitimiz var idi. Rəhbərliklə danışdıq, hücumçu əvəzinə Meza Kollini gətirdik. Sonuncu rəsmi oyununu 10 ay əvvəl keçirib. Formaya düşməsi üçün zamana ehtiyacı var. Amma bizim də vaxtımız yoxdu. Zədəlilərimizin durumunu da bilmirik. Meza Kollini az-az uyğunlaşdırmağa çalışacağıq. Təəssüf ki, 1-2 itki ilə üzləşəndə bu bizə çox pis təsir edir.

- Rüstəm Əhmədzadənin durumu nə yerdədi?

- Rüstəm ən azı 2-3 həftə sonra komanda ilə məşqlərə başlayacaq. Felipe Paxtman isə mövsümü başa vurub. Əməliyyatının hansı ölkədə olması barədə danışılır.

- AFFA prezidentliyinə seçkilər keçiriləcək. Bununla bağlı fikirləriniz maraqlıdı...

- Azərbaycan futbolu üçün xeyirli, uğurlu olsun. İnşallah, futbolumuz irəli gedər.

- “Qarabağ” sabah “Neftçi”yə qalib gəlsə, ikinci yerlə arasında 24 xal fərq yaranacaq. Fərqin bu qədər böyük olması nə ilə bağlıdı?

- “Qarabağ”ın gücü ilə bağlıdı. Görürsüz ki, oyunlarda qələbə qazanmaq necə çətindi. Hər matçda meydanda amansız mübarizə gedir. Sıradan oyun yoxdu. Hətta 3:0 hesablı qələbə qazandığımız görüşdə də asan qalib gəldiyimizi deyə bilmirik. Hər bir oyun bütün komandalar üçün ağır keçir. “Qarabağ” bu mənada hamıdan fərqlənir. Üstünlüyündən də görüşlər zamanı istifadə edir.

- Kazbek Tuayev açıqlamasında bildirib ki, Azərbaycan çempionatında belə biabırçı vəziyyət görməmişəm ki, hansısa komanda 21 xal fərqlə öndə olsun. Siz də bu fikirlə razısınız?

- Deməzdim ki, biabırçı haldı. Çempionata yaxşı başlamışdıq, xal ehtiyatımız var idi. 14-cü tura qədər onlardan 1 xal irəlidə idik. Amma çempionatda “Qarabağ”la rəqabət aparmaq üçün hər komanda daha keyfiyyətli futbol oynamalıdı. Bu da asan deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest