“Belə böyük klubda işləmək həyəcanvericidi”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin idman direktoru Yens Andersson mətbuat konfransında deyib. İsveçli funksioner artıq 6 aydı “ağ-qaralar”da işlədiyini xatırladıb: “Bu müddət ərzində etdiklərimiz və növbəti planlarımız barədə danışmaq istəyirəm".

“Belə böyük klubda işləmək həyəcanvericidi”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin idman direktoru Yens Andersson mətbuat konfransında deyib.

İsveçli funksioner artıq 6 aydı “ağ-qaralar”da işlədiyini xatırladıb: “Bu müddət ərzində etdiklərimiz və növbəti planlarımız barədə danışmaq istəyirəm. Buradakı həmkarlarım məni yaxşı qarşılayıblar. İşləmək üçün imkanlarımız var. Bir neçə islahatlar etmişik. İdman departamentinin strukturunu dəyişmişik. Buraya infrastruktur sahəsini də əldə edə bilərik”.

O, paytaxt təmsilçisində işə başlayanda təəccübləndiyini bildirib: “Bizim yaxşı təlim-məşq bazamız var. Amma təəssüf ki, bina boş idi, ondan istifadə edə bilmirdik. Konteynerlərdə çalışırdıq. Bu, klub üçün yaxşı deyil. Bazanın təmirinə kifayət qədər resurslar ayırdıq. Birinci mərtəbədə çox yeniliklər etmişik. Klubda yeni skaut fəaliyyətinə yetərincə vaxt ayırmışıq. Yay transfer dönəminə daxil olacağıq. Hazırkı heyətdə yaşlı oyunçular çoxdur. Balans yaratmaq istəyirik. Skaut komandamızı maraqlandıran məsələ xarakterə malik olan oyunçular tapmaqdır”.

Yens Andersson onun dönəmində komandaya cəlb edilmiş futbolçulardan da danışıb: “Hansısa oyunçu haqqında qərar veriləndə fikir mübadiləsi aparılacaq, baş məşqçi ilə danışılacaq. Futbolçunun keyfiyyəti, yaşı və başqa məsələlər nəzərə alınandan sonra yekun qərarı mən verəcəyəm. Konte və Moreno gəncdilər. Onların liqaya, ölkə mədəniyyətinə uyğunlaşmaları üçün müddət lazımdı. Morenonun oyununu müəyyən qədər görmüşük. Nəzərə almaq lazımdı ki, onlar üç aydı buradadılar. Onların ən yaxşı performanslarını görməmişik. Yayda “Neftçi”də deyildim. Amma transfer barədə məlumat verilib. Oyunçuların qısa müddət ərzində kluba cəlb edildiyi deyildi. Məşqçinin təsdiqlədiyi və bəyəndiyi oyunçuları almaq lazımdı. Əks halda bu, problem yarada bilər”. Report

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest