"Yuventus"un hücumçusu Kriştiano Ronaldo komandasının İtaliya çempionu olması haqda fikirlərini açıqlayıb. Matc.az xəbər verir ki, portuqaliyalı futbolçu instaqram hesabında qazanılan titula görə xoşbəxt olduğunu deyib: "Yuventus" güclü və müdhiş bir komandadı.  Bu möhtəşəm klubun tarixinin yazılmasına kömək etməkdən qürur duyuram. Mən xoşbəxtəm. Bu, hələ başlanğıcdı".

Qeyd edək ki, İtaliya A seriyasının XXXIII turunda “Yuventus” “Fiorentina” ilə qarşılaşıb. 2:1 hesabı ilə qələbə qazanan turinlilər sona 5 tur qalmış növbəti çempionluğunu rəsmiləşdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest