Şahin Diniyevin “Səbail”lə müqaviləsinin müddəti uzadılıb. 58 yaşlı çalışdırıcı daha 1 il Bakı təmsilçisinin “sükanı arxasında” olacaq.

Şahin Diniyevin “Səbail”dəki taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, paytaxt klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirməyə qərar verib.

Diniyevin “dənizçilər”lə müqaviləsinin müddəti uzadılıb. 58 yaşlı çalışdırıcı daha 1 il Bakı təmsilçisinin “sükanı arxasında” olacaq. “Səbail” onun rəhbərliyi altında Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünü 7-ci pillədə tamamlayıb.

Qeyd edək ki, 2022-ci ildən “Səbail”i çalışdıran Şahin Diniyev məşqçilik fəaliyyətində “Terek”, “Qarabağ”, “Kəpəz” və “Rəvan” klublarının, həmçinin Azərbaycan yığmasının da baş məşqçisi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest