Bu gün Almaniyada keçirilən 2024-cü il Avropa çempionatına yekun vurulacaq.

Matc.az xəbər verir ki, məşhur analitik internet portalı “WhoScored” AVRO-2024-ün finalında baş tutacaq qarşılaşma öncəsi İspaniya və İngiltərə yığmalarının ən yaxşı futbolçularından ibarət simvolik komandanı təqdim edib.

Qapıçı: Unai Simon (İspaniya).

Müdafiəçilər: Mark Kukurella (İspaniya), Aymerik Laporte (İspaniya), Con Stouns (İngiltərə), Bukayo Saka (İngiltərə).

Yarımmüdafiəçilər: Daniel Olmo (İspaniya), Fabian Ruis (İspaniya), Cud Bellinqem (İngiltərə).

Hücumçular: Lamin Yamal (İspaniya), Harri Keyn (İngiltərə), Niko Uilyams (İspaniya).

Xatırladaq ki, final oyunu Berlindəki Olimpiya stadionunda baş tutacaq. Qarşılaşmanın baş hakimi funksiyasını Fransua Leteksier yerinə yetirəcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest