Böyük Britaniya kralı III Çarlz 2024-cü il Avropa çempionatının finalında İngiltərə yığmasının 1:2 hesabı ilə məğlub olmasına münasibət bildirib.

Böyük Britaniya kralı III Çarlz 2024-cü il Avropa çempionatının finalında İngiltərə yığmasının 1:2 hesabı ilə məğlub olmasına münasibət bildirib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı BBC paylaşıb.

“Bu axşam qələbəni əldən versəniz də, həyat yoldaşım, mən və bütün ailəm sizi və sizə dəstək olanları başını dik tutmağa çağırırıq. İstənilən səviyyədə idman yarışlarında iştirak etmiş hər kəs kubokun bu qədər yaxın olduğu vaxtda belə bir nəticənin necə məyusedici ola biləcəyini bilir.

Xahiş edirəm unutmayın ki, Avropa çempionatının finalına yüksəlməyin özü həqiqətən böyük nailiyyətdir. Bu millətin qürurudur. Bu gün və gələcəkdə size gözləyən bir çox zəfərlər üçün “üç şir”ə azarkeşlik etməyə davam edin”.

Qeyd edək ki, İngiltərə tarixdə ardıcıl iki AÇ finalında məğlub olan ilk komanda oldu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest