20 İyul 2024, 14:06
FUTBOL
“Şamaxı” yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir. Bölgə təmsilçisi hücumçu Conatan Bentekeni heyətinə qatıb.
Matc.az xəbər verir k, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belçikalı hücumçu ilə bir illik müqavilə imzalanıb. Bentekenin son klubu Lüksemburqun “Union Titus Petange” olub.
Qeyd edək ki, “Şamaxı” bunadək Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rauf Rüstəmli, Rüfət Abbasov, Belajdi Pusi, Brahim Konate, Georgi Kantariya, Kamal Bayramov, Fəxri Məmmədli və Vasiliye Radenoviçi transfer edib.