Azərbaycanlı futbolçu Rahil Məmmədovun komandası Polşa çempionatının 2024/2025 mövsümünə qələbə ilə start verib.

Matc.az xəbər verir ki, onun yeni müqavilə bağladığı “Radomyak” səfərdə QKS-in qonağı olub.

Qarşılaşma Rahilin komandasın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 28 yaşlı müdafiəçi bu görüşdə ehtiyatda qalıb.

Qeyd edək ki, “Radomyak” 2-ci turda son çempion “Yaqelloniya” ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest