Bu sözlər “Osiyek”in baş məşqçisi Federiko Koppitelli Konfrans Liqasının III təsnifat mərhələsində “Zirə” ilə oyundan öncə Xorvatiya mətbuatına açıqlamasında deyib.

“Yaxın günlərdə iki yüksək səviyyəli rəqibə qarşı oynayacağıq. Onlardan biri Çempionlar Liqası səviyyəsində olan “Dinamo”dur. Amma buna qədər, deyərdim ki, Avropa Liqası səviyyəsində olan “Zirə” ilə qarşılaşacaq".

Matc.az xəbər verir ki, bu sözləri Osiyekin (Xorvatiya) baş məşqçisi Federiko Koppitelli Konfrans Liqasının III təsnifat mərhələsində “Zirə” ilə oyundan öncə Xorvatiya mətbuatına açıqlamasında deyib.

“Şerif” “Zirə”ni penaltilər seriyasına əsasən mübarizədən kənarlaşdırdı. “Zirə” ilk oyunda qalib gəldi, sonra cavab matçında üstün oldu, lakin sonradan qırmızı vərəqə ilə azlıqda qaldı. Söhbət çox təhlükəli və yaxşı rəqibdən gedir. Onlar öz çempionatlarında qalib olmağa namizədlərdən biridir”, - deyə o bildirib. 

Mütəxəssis qarşılaşmanı ən yüksək səviyyədə keçirməyə hazır olduqlarını vurğulayıb: "Bu başa düşüləndir, çünki biz növbəti mərhələyə keçmək istəyirik. Aydındır ki, çempionatdakı məğlubiyyət kədərlidir, lakin biz özümüzü toparlayıb komandamızın gücünü azarkeşlərə göstərməliyik”.

Qeyd edək ki, sabah keçiriləcək “Osiyek” – “Zirə” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest